Sumqayıt teatrında “İyirmi ildən sonra” tamaşası oynanılıb

Sumqayıt teatrında “İyirmi ildən sonra” tamaşası oynanılıb
12:31 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrında Əli Əmirlinin “İyirmi ildən sonra” psixoloji dramı əsasında hazırlanan eyniadlı tamaşanın yeni versiyası təqdim olunub.
"Report" xəbər verir ki, tamaşa son dəfə 4 il əvvəl oynanılıb.
Aktyor həyatına həsr olunan əsər müasir dövrdə cərəyan edir. Xalq artisti, zamanında qəhraman rollarının ifaçısı olmuş Otello yoxsulluğun, maddi sıxıntının girdabında əziyyət çəkir. Həyat yoldaşı İşıq xanım nəinki ona mənəvi dayaq olmur, hətta xarici dövlətlərin birində səfirlikdə işləyən kişiyə qoşulub gedir. Hadisələrin inkişafı gərgin dramatik həddə çatır. Amma son anda İşıq xanım pulun, mal-dövlətin heç də bir çox duyğuları əvəz edə bilməyəcəyini anlayır və peşimançılıq hissi keçirir.
Tamaşanın quruluşunu, teatrın baş rejissoru əməkdar artist Firudin Məhərrəmov verib.
Rollarda əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, aktyorlar Cəlal Məmmədov, Xatirə Süleymanova, İlham Səfərli, İlahə Vilayət qızı, Şəmistan Süleymanlı və Vaqif Səmədzadə çıxış edir.






Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/sumqayit-teatrinda-i-yirmi-ilden-sonra-tamasasi-oynanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR