"O səs Türkiyə"də növbəti azərbaycanlı

"O səs Türkiyə"də növbəti azərbaycanlı
12:42 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur "O səs Türkiyə" musiqi yarışında daha bir azərbaycanlı çıxış edib.

ANS PRESS-in məlumatına görə, Rəşidə Kərim adlı iştirakçı Sibel Canın repertuarından "Berivanım" mahnısını ifa edib.

Bütün münsifləri özünə tərəf döndərə bilən azərbaycanlı sonda Ebru Gündeşi seçib. İndi o, yarışda iştirakını Ebru Gündeşin komandasında davam etdircək.


Rəşidə Kərimin "O səs Türkiyə"dəki ifası


Rəşidə Kərim "O səs Türkiyə"də çıxış edən və bütün münsiflər heyətinin rəğbətini qazanan yeganə azərbaycanlı deyil.

Bir neçə gün əvvəl 27 yaşlı Leyla Rəhimova Selami Şahinin "Özlədim" mahnısını ifa edib.

Bundan sonra Leylanı komandasına qatmaq uğrunda münsiflərin apardığı mübarizədə Murad Boz qalib gəlib.


Leyla Rəhimovanın musiqi yarışındakı ifası


Türkiyədə yayımlanan "O səs Türkiyə" musiqi yarışında ən böyük səs salan ifaçı Elnur Hüseynov olub.

Bir neçə xarici mahnı ifa edəndən sonra o, Sertap Erenerin "Aşk" mahnısını oxuyub.

Böyük maraq yaradan Elnur sonda Ebru Gündeşi seçib və "O səs Türkiyə"nin qalibi olub.


Elnur Hüseynovun "O səs Türkiyə"nin seçmə mərhələsindəki çıxışı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR