"Moody's" agentliyi "Kapital Bank"ın reytinqini təsdiqləyib

12:47 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Agentlik, "Kapital Bank"ın uzunmüddətli kredit reytinqi üzrə proqnozunu isə "stabil" kimi qiymətləndirib.
"Moody's" agentliyi "Kapital Bank" ASC-nin 90 gündən artıq olan problemli kreditlərinin 2015-ci il oktyabrın 1-nə məcmu kreditlərin 6,7%-ni təşkil etdiyini bildirib. Agentlik bu göstəricinin keçən ilin anoloji dövründə 7,7% olduğunu, azalmanı kredit portfelinin həcminin artması ilə əlaqələndirib. Bankın son zamanlar pərakəndə kreditləşmənin artırılmasının kreditlərin keyfiyyətinə mənfi təsir göstərdiyini qeyd edir. Bankın xarici valyutanın məcmu kreditlərin 25%-ni təşkil etdiyini və manatın yeni devalvasiyası olarsa, digər banklardan daha az mənfi təsirə məruz qalacağıni bildirir.
Bankın 2015-ci il noyabrın 1-nə birinci dərəcəli kapitalı və kapitalın adekvatlılıq əmsalının müvafiq olaraq 14% və 17,9% təşkil etdiyini vurğulayıb (minimal tələb - 6% və 12%). Devalvasiyadan əvvəl 35% olan valyuta depozitlərinin məcmu depozit portfelində xüsusi çəkisi III rübün sonuna 46%-ə yüksəlib. Açıq valyuta mövqeyi isə normativlərə uyğun olaraq kapitalın 10%-dən azdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR