"Azərbaycanda "donuz qripi" ilə bağlı müayinələrin aparılmasına tam hazırıq"

"Azərbaycanda "donuz qripi" ilə bağlı müayinələrin aparılmasına tam hazırıq"
12:47 9 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda insanlar arasında "donuz qripi"nə yoluxma ilə bağlı müayinələrin aparılması işinə tam hazırlıqlı vəziyyətdəyik.

Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev bildirib.

Onun sözlərinə görə, yoluxma ilə bağlı laborator müayinələrin aparılması bu quruma həvalə edilib.

R.Abdullayev müayinələrin aparılması üçün kifayət qədər reaktivlərinin olduğunu, laborator şəraitlərinin bu müayinələrin təşkilinə imkan verdiyini də söyləyib: "Laboratoriya, işçilər bu müayinələrin aparılmasına tam hazır vəziyyətdədir. Əgər bir hadisə baş versə, nümunənin qəbul olunması üçün hazırıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR