Bakı, 9 dekabr, AZƏRTAC
Bu gecə Egey dənizində Yunanıstanın Farmakonisi adası yaxınlığında mühacirləri daşıyan daha bir qayıq batıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində azı 11 nəfər, o cümlədən azyaşlı beş uşaq həlak olub.
AFR agentliyinin məlumatına əsasən, xilasedicilər 26 nəfəri xilas etməyə müvəffəq olub, azı 10 nəfərin axtarışı isə davam edir. Hazırda insidentin baş verdiyi rayona Yunanıstan ordusunun helikopteri və patrul kateri cəlb olunub. Hadisənin təfərrüatları barədə məlumat verilmir.