Lalə ağlamasından danışdı: "Bəzən hisslərə hakim ola bilmirik"

Lalə ağlamasından danışdı: "Bəzən hisslərə hakim ola bilmirik"
12:51 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

ATV-nin aparıcısı Lalə Azərtaş “Xəbərlər” apararkən ağlamasından danışıb.

Axşam.az-ın məlumatına görə, o, “Bizimləsən” verilişində “Günəşli” platformasında baş verən qəzada dünyasını dəyişən neftçinin xanımına yazdığı mesajı oxuyarkən hadisəyə biganə qala bilmədiyini deyib:

“Bəlkə efirdə soyuqqanlı olmalıyıq. Mən 20 Yanvar hadisələrində soyuqanlı olmağa çalışıram. Bizim müəyyən çərçivəmiz var. Mən xəbər aparıcısıyam, möhkəm dayanmağı bacarıram. Amma insanıq, bəzən hisslərə hakim ola bilmirik. Həmin gün bütün "Xəbərlər" ailəsi ağlayırdı".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR