Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni hava hərəkətinin idarəedilməsi qülləsi istifadəyə verilib

Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni hava hərəkətinin idarəedilməsi qülləsi istifadəyə verilib
13:08 9 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, Laçın Sultanova, AZƏRTAC
Dekabrın 9-da Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni hava hərəkətinin idarəedilməsi qülləsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, radiolokatorla təchiz olunmuş yeni qüllə hazırda Avropada unikal sistem kimi tanınır və hava hərəkətinin idarəedilməsi sahəsində bütün müasir tələblərə cavab verir. Bu qüllə təyyarələrin hava limanına yanaşması zamanı və aeroportun manevr zonalarında hərəkətinin daha səmərəli idarə edilməsinə imkan yaradır.
Hava hərəkətinin idarəedilməsi qülləsi üçün S rejimini dəstəkləyən RSM970S radiolokatorunun təchizatı Fransanın THALES şirkəti tərəfindən həyata keçirilib.
Qüllənin açılış mərasimində Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Thales Eurasia şirkətinin vitse-prezidenti Roje De və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) birinci vitse-prezidenti Sabir İlyasov iştirak ediblər.
Sabir İlyasov bildirib ki, Prezident İlham Əliyevin ölkə aviasiyasının inkişafına diqqət və qayğısı sayəsində AZAL uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə Azərbaycanın hava məkanında bir çox uğurlu layihələr həyata keçirib.
"İnkişaf etmiş aeronaviqasiya infrastrukturu sayəsində Azərbaycan aeronaviqasiya sahəsində son elmi nailiyyətləri özündə birləşdirən yeni texnologiyaların tətbiqi üzrə dünya liderlərindən biridir. Bunun nəticəsində ICAO və “Eurocontrol”un son tələblərinə uyğun olaraq uçuşların yüksək təhlükəsizlik səviyyəsi təmin olunur. Azərbaycanın aeronaviqasiya sistemi əsas hava daşıyıcılarının da diqqətini cəlb edib. “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ildə 80 mindən çox tranzit uçuşlara və hava limanlarında təxminən 40 min uçuşlara aeronaviqasiya xidməti göstərir", - deyə Sabir İlyasov qeyd edib.











Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyev_Beynelxalq_Aeroportunda_yeni_hava_hereketinin_idareedilmesi_qullesi_istifadeye_verilib-909576

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR