"Həmin gün bütün "Xəbərlər" ailəsi ağlayırdı"

"Həmin gün bütün "Xəbərlər" ailəsi ağlayırdı"
13:12 9 Dekabr 2015
218 Digər
Ölkə mətbuatı
A- A+

ATV-nin aparıcısı Lalə Azərtaş "Xəbərlər" apararkən ağlamasından danışıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, "Bizimləsən" verilişində "Günəşli" platformasında baş verən qəzada dünyasını dəyişən neftçinin xanımına yazdığı mesajı oxuyarkən hadisəyə biganə qala bilmədiyini deyib:

"Bəlkə, efirdə soyuqqanlı olmalıyıq. Mən 20 Yanvar hadisələrindən soyuqqanlı olmağa çalışıram. Bizim müəyyən çərçivəmiz var. Mən xəbər aparıcısıyam, möhkəm dayanmağı bacarıram. Amma insanıq, bəzən hisslərə hakim ola bilmirik. Həmin gün bütün "Xəbərlər" ailəsi ağlayırdı".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/388889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR