Füzuli rayonunda qış mövsümünə hazırlığın vəziyyəti müzakirə edilib

Füzuli rayonunda qış mövsümünə hazırlığın vəziyyəti müzakirə edilib
13:13 9 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Füzuli, 9 dekabr, AZƏRTAC
Füzuli rayonunda qış mövsümünə hazırlığın vəziyyəti müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən geniş müşavirədə rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri, bələdiyyə sədrləri iştirak edib. Müşavirədə təhsil, səhiyyə, mədəniyyət müəssisələrində qışa hazırlıqla bağlı görülən işlər, əhalinin təbii qaz, elektrik enerjisi, su ilə təminatında mövcud vəziyyət müzakirə olunub, vəzifələr müəyyənləşdirilib.
Qışa hazırlıq məsələlərindən danışan rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, rayonun bütün yaşayış məntəqələri elektrik enerjisi və təbii qazla tam təmin olunub. Bu isə qış aylarında mənzillərin, inzibati binaların, təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin, uşaq bağçalarının qızdırılmasına, bu sahədəki çətinliklərin aradan qaldırılmasına imkan verəcək.
Müşavirədə ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri qışa hazırlıqla bağlı görülən işlərdən bəhs ediblər.
Sonda rayon icra hakimiyyətinin başçısı tərəfindən aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fuzuli_rayonunda_qis_movsumune_hazirligin_veziyyeti_muzakire_edilib-909581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR