Hava limanında partlayış,14 nəfər öldü

Hava limanında partlayış,14 nəfər öldü
13:16 9 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın cənubunda yerləşən Kandahar hava limanında partlayış olub.

ANS PRESS-in məlumatına görə, partlayış nəticəsində 14 nəfər həlak olub.

Xarici KİV-lərin məlumatına əsasən, Kandahar aeroportunda baş vermiş əməliyyat zamanı əfqan hərbçiləri ilə yanaşı, dinc sakinlərin öldüyü də deyilir.


Əfqanıstan, Kandahar


Hadisənin törədilməsini "Taliban" terror qruplaşması öz üzərinə götürüb.


Taliban döyüşçüləri


Məlum olub ki, iki Taliban hücumçusu aeroport yaxınlığındakı mehmanxanaların birində özünü partladıb. Daha sonra isə başqa döyüşçülər atışma həyata keçiriblər.

Taliban - 1994-cü ildə yaranan və 1996-2004-cü illər arası Əfqanıstanın bütün ərazisini əhatə edən hərəkatdır. Hərəkat Qəndəhar şəhərindəki mədrəsədə, Şeyx Məhəmməd Ömərın başçılığı altında, 30 tələbə ilə birgə yaradılıb. Talibanları digərlərindən zahirən fərqləndirən xüsusiyyət onların qara çalma və ağ paltar geyinmələridir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR