"Sultan toyuğu"nu ovlayanlar tutulublar.
İmişli rayonunda qanunsuz ov edən şəxslər tutulublar. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə rayonun Sarısu gölünün ərazisində qeydə alınıb. Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli sakinləri Zəkəriyyə Nadir oğlu Mirzəyev və Murtuz Maşdı oğlu Əliyev şübhəli şəxs qismində saxlanılıblar. Baxış zamanı onlardan ov tüfəngi, patronlar, 6 ədəd ovlanmış quş aşkarlanıb. Quşların içərisində ovu qadağan edilən "Sultan toyuğu" quşu da olub. Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Milli.Az