Telman İsmayılov "Azerros"u ofisindən qovub

Telman İsmayılov "Azerros"u ofisindən qovub
13:19 9 Dekabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı milyonçu Telman İsmayılov Rusiya Azərbaycanlıları Milli - Mədəni Muxtariyyatını (“Azerros”) Moskvada yerləşən ofisindən çıxarıb. Lent. az-ın məlumatına görə, Moskvanın Krasnaya Presnya küçəsi, 24 ünvanında, Telman İsmayılova məxsus biznes mərkəzində yerləşən “Azerros”a heç bir xəbərdarlıq edilməyib. Qurum bir neçə saat ərzində ofisindən çıxarılıb.
 
İsmayılovun adamları tez-tələsik qovulmanın səbəbləri barədə “Azerros” rəhbərliyinə heç bir izahat verməyiblər.
Məlumata görə, “Azerros” mərkəzdən bir qədər aralıda,  Lenin prospekti, ev 15 ünvanında özünə kiçik qərargah tapıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224542

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR