Paris gülləbaranı: 3-cü terrorçu da bilindi

Paris gülləbaranı: 3-cü terrorçu da bilindi
13:22 9 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 13-də Parisdəki "Bataclan" konsert zalına hucum etmiş terrorçulardan daha birinin kimliyi bəlli olub. O, 23 yaşlı Fuad Məhəmməd Aqqaddır.
Milli.Az Le Parisien-ə istinadən bildirir ki, 2013-cü illərin sonlarında o, digər gənc radikal islamçılarla birlikdə Suriyaya yollanıb və İŞİD-ə qoşulmaq istəyib.
Fuadın böyük qardaşı, 25 yaşlı Kərim hazırda həbsdədir. Kərim 2014-cü ildə Suriyadan Fransaya "şəhadət" üçün qayıdanda tutulmuşdu.

Fuad və Kərim Strasburq şəhərinin yaxınlığındakı Basrin kommunasının sakinləridir.
Fuad Aqqad noyabrın 13-dən 14-nə keçən gecə digər iki terrorçu - Sami Amimur İsmayıl Ömər Mostafai ilə birlikdə "Bataclan" konsert zalına soxulararaq orada qarşılarına çıxan hər kəsə atəş açıblar.
Sonucda onların ikisi özlərini partladıb, birini polis güllələyib.
Həmin axşam 3 terrorçu özlərini Parisin Sen-Deni səmtindəki "Stad de France" stadionunun yaxınlığında, bir terrorçu isə Volter bulvarında partladıb. Digər terrorçular bir neçə kafe və restoranda insanlara atəş açıblar.
Bu teraktlarda 130 nəfər həlak olub, 320 nəfər yaralanıb.
Teraktlara görə İŞİD məsuliyyəti öz üzərinə götürüb.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR