Naxçıvan: ekoloji və kənd yaşıl turizminin inkişafına xüsusi diqqət göstərilir

Naxçıvan: ekoloji və kənd yaşıl turizminin inkişafına xüsusi diqqət göstərilir
13:38 9 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 9 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında saf ekoloji vəziyyətin qorunmasına və ekoturizmin növlərindən biri olan kənd yaşıl turizminin inkişafına xüsusi diqqət göstərilir.
AZƏRTAC xəbər verir ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Naxçıvan Muxtar Respublikasında ekoloji və kənd yaşıl turizminin inkişaf imkanları” mövzusunda keçirilən tədbirdə çıxış edən muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Gülbuta Babayeva bu barədə danışıb.
Tədbirdə “Naxçıvan” Universiteti və Naxçıvan Dövlət Universitetinin turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri və muxtar respublikada turizm xidməti üzrə fəaliyyət göstərən firmaların nümayəndələri iştirak ediblər.
Muxtar respublikada turizmin inkişaf istiqamətlərindən danışan Gülbuta Babayeva bildirib ki, Naxçıvanın unikal təbii şəraiti, kənd ərazilərində sosial-mədəni infrastrukturun ən yüksək standartlar səviyyəsində yenilənməsi kənd turizminin inkişafı üçün əlverişli imkanlar yaradır. Muxtar respublikada turizmin inkişafına göstərilən dövlət dəstəyi burada dayanıqlı turizmin inkişafı üçün çox mühüm amillərdəndir.
Nazirliyin əməkdaşı Əkbər Novruzov “Naxçıvan Muxtar Respublikasında kənd yaşıl turizminin inkişaf istiqamətləri” mövzusundakı çıxışında Naxçıvanda kənd turizmi üçün mövcud olan ehtiyatlardan, onlardan istifadə üçün görülən işlərdən bəhs edib.
“Naxçıvan Muxtar Respublikasında kənd yaşıl turizminin inkişafında məşğulluq məsələləri” mövzusunda çıxış edən “Naxçıvan” Universitetinin müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov turizmin bu mühüm növünün inkişafında kadr və məşğulluq məsələlərindən danışıb. Qeyd edib ki, kənd yaşıl turizminin inkişafı digər yerli resurslarla bərabər, yerli işçi qüvvəsinin potensialından istifadəni də şərtləndirir.
“Naxçıvan Muxtar Respublikasında xüsusi mühafizə olunan təbiət əraziləri və bu istiqamətdə görülən işlər” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi mühafizə olunan təbiət əraziləri şöbəsinin müdiri Şövqi Əliyev muxtar respublikada ekoturizmin inkişafında qoruq ərazilərinin potensialından istifadə məsələlərinə toxunub.
Sonra tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikasının ekoturizm potensialından bəhs edən sərgiyə baxıblar.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_ekoloji_ve_kend_yasil_turizminin_inkisafina_xususi_diqqet_gosterilir-909590

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR