Yeni il şənlik deməkdir!

Yeni il şənlik deməkdir!
13:42 9 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

Amapola Exclusive Events şirkəti 19 dekabrda Four Seasons Hotel-də 10-15 yaşlı dostlarımızı Yeni ili qeyd etmək üçün şənliyə dəvət edir. Dostlar, sizi əyləncə, dadlı təamlar və ən əsası - ən yaxşı animatorların iştirakı ilə bayram əhval-ruhiyyəsi gözləyir.

Məhz sizin üçün xüsusi olaraq bu tədbirin maraqlı, aktiv və əyləncəli keçməsi üçün qeyri-adi proqram hazırlamışıq. Sizi Dj-dən ustad dərsləri, barmen-şou, yarışlar, diskoteka, rəqs müsabiqəsi və əlbəttə ki, qorxulu personajlar və van Helsinklə görüş gözləyir. Proqram sürprizlərlə, The Toy Store-dan hədiyyələrlə və ən əsası - bayram əhval-ruhiyyəsi ilə dolu olacaq.

Gözəl və dadlı yeməklər olmadan bayram keçirilməz! Biz sizin üçün dadlı menyu hazırlamışıq!

Programın seansları:  17:00 - 21:00.

Bilet: 100 AZN.

Biletlər şəhərimizin kassalarında satılır.
Əylənmək üçün tək gəlməyin, dostlarınızla gəlin!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR