Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib

Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib
13:43 9 Dekabr 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Qəbələdə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Qəbələ rayon sakini Elbrus Rəsulov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən həmyerlisi Rəhim Xancanovu vurub. O müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər R.Xancanovun həyatını xilas edə bilməyib.

Hadisə ilə bağlı Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2467314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR