Bakı, 9 dekabr, AZƏRTAC
Sığortaçıların rəhbər işçi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün dekabrın 12-14-də növbəti test imtahanı keçiriləcək.
Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətindən (MN DSNX) AZƏRTAC-a bildiriblər ki, sənədləri tam təqdim olunmuş şəxslər dekabrın 10-u saat 17:00-dək DSNX-ya müraciət edərək imtahanda iştiraklarını təsdiq etməlidirlər.