Rus gəmisi türklərə meydan oxudu - FOTO

Rus gəmisi türklərə meydan oxudu - FOTO
13:52 9 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Hərbi-Dəniz Qüvvələrinə aid "Voloqda-50" yük gəmisi Bosfor boğazından keçərək Qara dənizə yönəlib.

Milli.Az AHT-yə istinadən bildirir ki, Suriyadan qayıdan gəmidə 12 iri yük konteyneri vardı.

"Voloqda-50" Türkiyənin Hərbi-Hava Qüvvələrinin noyabrın 24-də Rusiyanın Su-24 bombardmançısını vurmasından sonra Bosfor boğazından keçmiş ilk Rusiya hərbi-nəqliyyat gəmisidir.

"Voloqda-50"nin göyərtəsində İstanbula tuşlanmış iri çaplı pulemyot və döyüş hazırlığı vəziyyətində olan rus hərbçilər diqqət çəkiblər.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR