​Bağdad Məclisi Türkiyə istehsalı olan mallara embarqo tətbiqinə dair qərar qəbul edib

​Bağdad Məclisi Türkiyə istehsalı olan mallara embarqo tətbiqinə dair qərar qəbul edib
13:57 9 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ İraqın Bağdad əyalətinin Məclisi Türkiyə istehsalı olan mallara embarqo tətbiqi haqda qərar qəbul edib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, bu qərar Türkiyədə istehsal olunan malların Bağdadda satılmasını yasaqlayır.
"İraqın suverenliyini pozduğu üçün Türkiyədə istehsal olunan mallara tətbiq edilən embarqo qərarı ölkənin başqa əyalətlərini də əhatə edəcək", - Bağdad məclisi bildirib.
Bu qərarın hazırda bazara təsiri gözlənilmir.
İraqın idxal etdiyi malların az qala yarısı Türkiyənin payına düşür.
İstehlakçılara Türkiyə mallarından istifadə etmək qadağan edilməyəcək.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin bir qrup əsgəri iki il yarımdır İraqın Mosul əyalətinin Başika rayonunda İraqın şimalındakı muxtar hökumətin silahlılarına terrorçuluğa qarşı mübarizə aparmaq üçün təlim verir.

Xəbərin orijinal ünvanı: http://report.az/region/bagdad-meclisi-turkiye-istehsali-olan-mallara-embarqo-tetbiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR