Rusiya sualtı qayıqla şəhəri belə bombaladı - VİDEO - FOTO

Rusiya sualtı qayıqla şəhəri belə bombaladı - VİDEO - FOTO
13:57 9 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Hərbi-Dəniz Qüvvələrinin Aralıq dənizində olan "Rostov-na-Donu" sualtı qayığı Suriyanın Rəqqa şəhərini "Kalibr" raketləri ilə vurub.
Milli.Az Reuters-ə istinadən bildirir ki, Rusiya Rəqqada "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının mövqelərini hədəfə aldığını bəyan edib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkə prezidenti Vladimir Putinə məruzə edərkən deyib ki, sualtı qayıqdan Rəqqadakı iki hədəfə atəş açılıb.
"Bu hədəflər silah anbarı və mina istehsalı zavodu idi. Onların yaxınlığında neft emalı müəssisəsi də vardı. Obyektlərin hamısına raket zərbələri nəticəsində ciddi ziyan dəyib", - S.Şoyqu deyib.
 

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR