Bakı, 9 dekabr, AZƏRTAC
Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “Anderlext”lə qarşılaşacaq Ağdamın “Qarabağ” futbol klubu Belçikaya yollanıb.
AZƏRTAC xəbər verir ki, Ağdam klubu təxminən 5 saatlıq uçuşdan sonra artıq Brüsselə çatıb.
“Anderlext”-“Qarabağ” qarşılaşması dekabrın 10-da Bakı vaxtı ilə gecə saat 00:05-də start götürəcək. Oyun sloveniyalı hakim Slavko Vinçiçə tapşırılıb. Ona həmyerliləri Bojan Ul və Tomas Klançnik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andraz Kovaçiç yerinə yetirəcək.