Avropa Birliyindən Kiyevə və Tbilisiyə böyük JEST

Avropa Birliyindən Kiyevə və Tbilisiyə böyük JEST
14:17 9 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Birliyi gələn ildən etibarən Ukrayna və Gürcüstan üçün viza rejimini ləğv edəcək.

Milli.Az Die Welt-ə istinadən bildirir ki, Ukrayna və Gürcüstan vətəndaşları gələn ilin ortalarından etibarən Avropa Birliyi ölkələrinə vizasız yollana biləcəklər.
Tbilisi və Kiyevlə bağlı qərar dekabrın 15-də, Avropa Komissiyasının hesabatının təqdimatında açıqlanacaq. Hesabatda Ukrayna və Gürcüsitanla viza rejiminin ləğvini şərtləndirən situasiyanın müsbət olduğu vurğulanır.
Bununla yanaşı, Avropa Birliyi Ukraynadan korrupsiya ilə mübarizəni gücləndirməyi tələb edir.
Vizasız rejimin tətbiqindən sonra Ukrayna və Gürcüstan vətəndaşları Avropa Birliyi ölkələrində 6 ayadək qala biləcəklər. Amma onlar rəsmi qaydada işləyə bilməyəcəklər.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR