"İşte benim stilim" dəb yarışının qalmaqallı iştirakçısı Sima Şərafətdinova xəstəxanaya düşüb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, azərbaycanlı iştirakçı xəstəxanada çəkilən fotonu sosial şəbəkədə paylaşıb.
Sima sayta açıqlamasında çəkiliş zamanı halının anidən pisləşdiyini bildirib:
"Yarışın çəkilişi zamanı halım pisləşdi, hərarətim artdı, mədəmdə problem yarandı. Az qala ürəyim gedirdi. İndi normalam, bir azdan çəkilişə davam edəcəm".
Milli.Az