YARAT-da “Danışmadığımız əhvalatlar” tamaşası təqdim olunacaq

14:37 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, səhnə əsəri dekabrın 18-də göstəriləcək.
Tamaşada dörd qəhrəman – bir-birindən tamam fərqli dörd xarakter səhnəyə çıxır, hər biri də müəyyən sözlər, obrazlar, hərəkət və rəqs vasitəsilə öz əhvalatını danışmağa çalışır. Bunların səhnədə bir-biri ilə necə toqquşması, şəxsi dramlarının bir-birinə necə qarışması, az qala, cismani gərginlik yaradır.
Bu səhnə əsəri Belarus, Ukrayna, Gürcüstan və Azərbaycan tamaşaçılarını müasir Polşa rəqsləri ilə tanış etmək məqsədinə xidmət edən layihənin tərkib hissəsi kimi yaranıb.
Qeyd edək ki, layihə Polşanın Azərbaycandakı səfirliyinin, Polşa Mədəniyyət və Milli İrs Nazirliyinin və Lublin Mədəniyyət Mərkəzinin dəstəyi ilə həyata keçirilir.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR