Erməni təxribatları təkrar olunur

Erməni təxribatları təkrar olunur
14:37 9 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Rəsmi İrəvanın fəaliyyətindən cəmiyyət çoxdan narazıdır. Siyasi müxalifət də zaman-zaman etirazlarını nümayiş və mitinqlər vasitəsilə bildirir. Bu dəfə isə vəziyyət daha mürəkkəb görünür. Hakimiyyətin konstitusiyaya parlament üsul-idarəsinə keçidi nəzərdə tutan dəyişikliklər edilməsi ilə bağlı referendum təşkil etməsi erməni cəmiyyətini qarışdırıb. Müxalifət küçələrə axışaraq rəsmi dairələrin bu addımını pisləyib. Bunun fonunda cəbhə xəttində Ermənistan ordusunun təxribatları artıb. Eyni zamanda, erməni mətbuatında antitürkiyə təbliğatı güclənib. Bunlar Ermənistanda geosiyasi aspektdə hansı dəyişikliklərin baş verdiyinin göstəriciləridir? İrəvanın çaşqınlığının arxasında nə kimi faktorlar dayanır?

Seçki mexanizminin məhvi: iğtişaşların nəfəsi duyulur

Ermənistanda çoxları əmindir ki, hakimiyyəti seçki yolu ilə dəyişmək imkanları tükənib. İqtidar faktiki olaraq seçki mexanizmini məhv edib. Yeganə yol kimi cəmiyyətdə radikalizm və ekstremizmin yüksəlməsi göstərilir. Bu da inqilablar, silahlı toqquşmalar, təxribatlar silsiləsinin ölkənin siyasi həyatına daxil olması üçün geniş şəraitin yaranması deməkdir. Son günlər Ermənistan daxilində və onun qonşulara qarşı atdığı addımlarında bu məqam özünü göstərməkdədir.

Rəsmi İrəvan etirazçıların əlində aciz qalıb. İnsanlar konstitusiyada nəzərdə tutulan dəyişikliklərin doğru olmadığını mitinq və nümayişlərdə ifadə edirlər. Erməni ekspertlərin fikrincə, artıq neçə ildir ki, müxalifət zorakılığın bir addımlığında dayanıb (bax: Наира Айрумян. Армения на хрупкой грани насилия / "Lragir.am", 2 dekabr 2015).

Reallıqda Ermənistan 1988-ci ildən zorakılığın əsas məkanına çevrilib. Zaman-zaman bu, kütləvi qırğınlarla nəticələnib. O sırada 1999-cu il oktyabrın 27-də erməni parlamentindəki terror xüsusi yer tutur. Bundan başqa, 2008-ci ilin fevral ayında keçirilən prezident seçkisindən sonra baş verən kütləvi iğtişaşları, 2012-ci il və 2014-cü illərdəki mitinqləri vurğulamaq olar. Erməni polisi bir neçə dəfə seçkilərdən sonra küçələrdə nümayişçiləri gülləboran edib. Qonşu dövlətlərə münasibətdə isə Ermənistan terrorçu dövlət kimi davranıb. Təkcə Xocalını yada salmaq kifayətdir. Bu səbəbdən, erməni ekspertlərin zorakılıqla bağlı söylədikləri birtərəfli olsa da, bəzi maraqlı məqamları özündə əks etdirir.

Aydındır ki, Ermənistan hakimiyyəti və cəmiyyəti demokratiyadan tam uzaqdır. Konstitusiyanın dəyişməsi ilə bağlı yaranmış vəziyyət bunu bir daha əyani sübut edir. Rəsmi İrəvan ölkəni parlament idarəetmə üsuluna keçirməyi nəzərdə tutub. İlk baxışdan bu, normal prosesdir. Lakin Ermənistanın siyasi qüvvələri bir-birlərini yaxşı tanıyır, hansı xislətin sahibi olduqlarını bilirlər. Belə ki, müxalifət əmindir ki, konstitusiyadakı dəyişiklikdən Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası öz məqsədləri üçün istifadə edəcək.

Başqa sözlə, indiki prezidentin partiyası yaxınlaşan seçkidən "qalib" çıxacaq (Qərbin siyasi institutlarının nəzərinə: əgər Ermənistanda seçki demokratik keçirilirsə, müxalifət indidən kimin qalib gələcəyini haradan bilir? Bəlkə, məsələnin bu tərəfinə diqqət yetirəsiniz? - Newtimws.az). Nəticədə, S.Sarkisyan "super baş nazir" olacaq və öz "adamının" prezident seçilməsini təmin edəcək. Növbəti seçkidə isə rollar dəyişəcək. Bu proqnozları Ermənistan siyasətçiləri və ekspertləri verirlər (bax: məs., Наира Айрумян. Серж Саркисян откровенно рассказал о своих планах / "Lragir.am", 4 dekabr 2015).

Bütün bunlar Ermənistan konstitusiyasının dəyişməsi ilə bağlı dekabrın 6-da keçirilən referendum ərəfəsində müxalif siyasətçilərin söylədiklərində öz ifadəsini tapıb. Müxalifətçilər bu məsələ ilə bağlı "Yox" platformasını yaradıb, dəyişikliklərə "yox" deyirlər. Onların sırasında Levon Ter-Petrosyan, Robert Koçaryan və Raffi Ovanisyan fəallıqları ilə seçilirlər. Lakin hər birinin öz mübarizə üsulu var.

Deyək ki, L.T.-Petrosyan referenduma gedib "yox" söyləməyə, R.Koçaryan "mənasız" bir işdə iştirak etməməyə, R.Ovanisyan isə prosesi lazım gəlsə, inqilab yolu ilə pozmağa çağırıb. Erməni KİV-i bunu belə qiymətləndirib: R.Ovanisyan referendumun keçirilməsinə yol verməməyə çalışır, əgər bu baş tutsa, R.Koçaryan səsvermədə iştirak etməməyə dəvət edir, L.T.-Petrosyan isə "səsverməyə getsəniz, əleyhinə olun" söyləyir (bax: əvvəlki mənbəyə).

Təxribatçı dövlət odla oynayır

İndi məlumdur ki, rəsmi mənbələr referendumun baş tutduğunu bəyan edib. Ancaq müxalifət ciddi qanun pozuntularından danışır. Belə ki, polis "əlavə siyahılar" tərtib edib. Orada müxtəlif səbəblərdən yaşadığı ərazidə olmayanların öz ərizələri əsasında başqa yerdə səs verməsi nəzərdə tutulur. Maraqlıdır ki, həmin siyahılarda olanların əksəriyyəti ölkənin müxtəlif bölgələrində yaşayanlardır, lakin guya İrəvanda səs veriblər (bax: Заявление объединенного штаба "Нет" / "Lragir.am", 6 dekabr 2015).

Bütün bunlar Ermənistan daxilində hakimiyyət uğrunda gedən mübarizənin ciddiliyindən xəbər verir. Görünür, S.Sarkisyan hakimiyyəti çətin vəziyyətə düşdüyünün fərqindədir. Bu səbəbdən, növbəti dəfə Dağlıq Qarabağ məsələsindən və geosiyasi aspektdə müşahidə edilən bir sıra proseslərdən yararlanmaq qərarına gəlib. Belə ki, son vaxtlar erməni ordusunun cəbhə xəttində təxribatları artıb. Hətta Ermənistan KİV-i özlərinin itki verdikləri haqqında informasiyalar belə yayırlar. Yəni bu yolla bir gərginlik vəziyyəti yaradılaraq seçicilərin diqqətinin "xarici təhlükəyə" yönəldilməsinə cəhdlər edilir.

ATƏT-in Nazirlər Şurasının Belqraddakı toplantısında Qarabağ problemi ilə bağlı həmsədr dövlətlərin bəyanatı da məhz həmin kontekstdə təhrif olunmuş formada ermənilərə çatdırılır. Ermənistan KİV-dəki məlumatlara görə, Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir yaydıqları birgə bəyanatda Dağlıq Qarabağdakı mövcud status-kvonu dəyişmənin təhlükəli olduğunu ifadə ediblər (bax: Карабахское урегулирование договорились отложить / "Lragir.am", 3 dekabr 2015). Əslində isə ABŞ, Rusiya və Fransa xarici işlər nazirləri bunun əksini söyləyiblər. Onlar problemin həlli üçün aktivləşmənin vaxtının çatdığını deyiblər. Con Kerri Moldova, Gürcüstan və Azərbaycanda "dondurulmuş münaqişələr"in sabitliyə təhlükə yaratmaqda davam etdiyini bir daha vurğulayıb. Son günlər cəbhə bölgəsində müşahidə edilən hadisələr ABŞ dövlət katibinin haqlı olduğunu təsdiqləyir.

Belə ki, Ermənistan Azərbaycana qarşı təxribatlarını davam etdirir. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində təkcə bir sutka ərzində atəşkəs rejimini 100 dəfə pozub. Şübhə yoxdur ki, Ermənistan bu kimi təxribat əməlləri ilə qəsdən hər bir vəchlə danışıqlar prosesini pozmaq məqsədi güdür.

Konkret deyilsə, Belqradda ATƏT-in nazirlər toplantısının keçirildiyi və həmsədrlərin danışıqlarla bağlı ümidverici fikirlər söylədikləri bir zamanda İrəvanın bu addımları 2014-cü ilin noyabrında Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən dərhal sonra erməni ordusunun Dağlıq Qarabağda irimiqyaslı hərbi təlimlərə başlamasını yada salır. Sanki ovaxtkı təxribatlar təkrar olunur. Bu o deməkdir ki, Ermənistan növbəti dəfə yaranmış mürəkkəb geosiyasi vəziyyətdən istifadə edərək, münaqişənin danışıqlar yolu ilə həll edilməsinə maneə törədir. Ancaq bu qeyri-konstruktiv hərəkətinə görə onu ATƏT qınamır, həmsədrlər isə həmişəki kimi susurlar.

Belə görünür ki, Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi fonunda müəyyən dairələr erməni ekstremizmindən bir daha yararlanmaq niyyətindədir. Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqla onlar regionda mövcud durumu qeyri-müəyyənliyə doğru sürükləməyə çalışırlar. Nə yazıq ki, İrəvan bu kimi işlərdə adi bir oyuncaq olduğunu yenə nümayiş etdirir. Ermənistan iqtidarı hakimiyyətdə qalmaq naminə hər cür məntiqsiz və dağıdıcı fəaliyyətə hazır olduğunu əyani təsdiq edir.

Regionda belə proseslərin vüsət alması Azərbaycanla Türkiyənin sabitləşdirici rol oynadıqlarını bir daha sübut etmiş olur. Hər şeydən əvvəl, erməni təxribatlarının qarşısını güclü Azərbaycan ordusu alır. Düşmənin bütün təxribatçı planlarını pozan Azərbaycan Silahlı Qüvvələri vəziyyətin nəzarətdən çıxmasına imkan vermir.

Rəsmi İrəvanın odla oynaması, təbii ki, ilk növbədə özü üçün təhlükəlidir. Gec-tez məlum olacaq ki, erməni xalqının əsl düşməni elə Ermənistan iqtidarıdır. Bu hakimiyyət cəmiyyətin rifahı üçün çalışmırsa və özünü qorumaq üçün risklərə gedirsə, bundan əziyyət çəkən sadə insanlar olur. Ermənistan cəmiyyəti xilas yolunu özü tapmalıdır.

Newtimes.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bülənt Ərsoy illər sonra çimərlik geyimində - FOTOLAR

19 Sentyabr 2017 17:54

MDB ölkələri XİN mətbuat xidmətlərinin nümayəndələri təcrübə mübadiləsinə dair razılığa gəliblər

19 Sentyabr 2017 17:47

Aliyə Əzimova: "IFC və SECO Azərbaycanda yeni layihə həyata keçirməyi planlaşdırır"

19 Sentyabr 2017 17:47

Dolların məzənnəsi: Hər kəs dekabr ayını gözləyir

19 Sentyabr 2017 17:46

Azərbaycan 200 manatlıq əsginas buraxa bilər

19 Sentyabr 2017 17:42

Ukrayna birjasında Azərbaycan neftinin yekun satış hərracı keçirilib

19 Sentyabr 2017 17:42

“Barselona”nın 105 milyon avroluq yeni transferi 3,5 ayadək sıradan çıxıb

19 Sentyabr 2017 17:42

Prokuror tanışının gözünü daşla çıxaran şəxsə cəza istəyib

19 Sentyabr 2017 17:42

ASAN Radio YENİ MÖVSÜMDƏ

19 Sentyabr 2017 17:39

Cizgi filmləri uşaqları necə məhv edir- Psixoloq RƏYİ

19 Sentyabr 2017 17:38

Alimlər məlumatların optik çiplərdə saxlanılması üsulunu təklif ediblər

19 Sentyabr 2017 17:35

Azərbaycanın Dünya Bankına üzvlüyünün 25-ci ildönümü münasibətilə buraxılan markalar imzalanıb və möhürlənib

19 Sentyabr 2017 17:35

İsrail ordusu Suriya ilə sərhəddə pilotsuz aparatı vurduğunu bəyan edib

19 Sentyabr 2017 17:32

Ramil Usubov Rusiya DİN-in nümayəndələri ilə görüşüb

19 Sentyabr 2017 17:32

Belçika sahilində 70 il əvvələ aid sualtı gəmi AŞKAR EDİLDİ – 23 cəsəd...

19 Sentyabr 2017 17:28

Ədliyyə naziri Samuxda vətəndaşları qəbul edəcək

19 Sentyabr 2017 17:22

Sentyabrın 20-nə manatın məzənnəsi

19 Sentyabr 2017 17:22

Referendumun təxirə salınması üçün Ankaradan SON TƏKLİF

19 Sentyabr 2017 17:18

Manatın sabaha olan MƏZƏNNƏSİ

19 Sentyabr 2017 17:18

Sumqayıtda başlayacaq, Qəbələdə bitəcək

19 Sentyabr 2017 17:17

Kosmetika zavodundakı yanğın söndürüldü

19 Sentyabr 2017 17:17

"ÜAK-la bağlı qərar fəaliyyətimizin zəifləməsinə səbəb olmayacaq" - Komitə sədri

19 Sentyabr 2017 17:14

Nazim İbrahimov: “Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyasının qərarı təəssüf doğurur”

19 Sentyabr 2017 17:12

Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli açıqlanıb

19 Sentyabr 2017 17:12

Qalstuku bu üsulla bağlayın

19 Sentyabr 2017 17:12

Yaponlar Azərbaycanın bu universitetinə 131 min manat sərmayə qoydu

19 Sentyabr 2017 17:08

“Gazelli Group”da baş verən yanğın söndürülüb

19 Sentyabr 2017 17:07

"Bank VTB (Azerbaijan)" ASC plastik kart sahiblərinə yeni xidmət təklif edir

19 Sentyabr 2017 17:07

AFFA: Qərar sabah məlum olacaq

19 Sentyabr 2017 17:03

“Kəpəz” - “Səbail” görüşünün yeri dəyişdirilib

19 Sentyabr 2017 17:02

Türkiyə müharibəyə başlaya bilər

19 Sentyabr 2017 16:58

Tutulan futbolçunun atası: "Oğlumla maraqlanmamışam"

19 Sentyabr 2017 16:49

“Bu anbarda deputatların alınması üçün...” – Saakaşvilidən ŞOK İDDİA

19 Sentyabr 2017 16:48

PFL bu oyunun yerini dəyişdi

19 Sentyabr 2017 16:47

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifdən 5 dəfə çox olub

19 Sentyabr 2017 16:47

"Sumqayıt" - "Qarabağ" oyununu saat neçədə başlayacaq?

19 Sentyabr 2017 16:47

Ermənilərin ölümlə təhdid etdiyi tarixçi Baş prokurorluğa üz tutdu

19 Sentyabr 2017 16:43

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edir

19 Sentyabr 2017 16:42

Bakıda məşhur kosmetika zavodu YANIR

19 Sentyabr 2017 16:42

Bakıda "Gazelli"nin zavodu yanır - VİDEO

19 Sentyabr 2017 16:38

“Nokia 9” smartfonunun yeni fotoları dərc edilib

19 Sentyabr 2017 16:35

Məmmədyarov Nalbandyanla görüşəcək - Amerikalı həmsədr

19 Sentyabr 2017 16:34

Bu da Xalq artisti - Aygünün konsert biletlərinin cəmi 7%-i...

19 Sentyabr 2017 16:33

Ukraynadakı azsaylı xalqlar ölkədə siyasi sabitliyin qorunmasının tərəfdarı olduqlarını bəyan ediblər

19 Sentyabr 2017 16:32

Son günlər barışan məşhurlar

19 Sentyabr 2017 16:32

Türkiyə çempionatı Azərbaycanda nə vaxt yayımlanacaq? - AÇIQLAMA

19 Sentyabr 2017 16:29

İraq neft hasilatını daha 1% azaltmağı təklif edib

19 Sentyabr 2017 16:27

“Turan” haqqında məlumatlar həqiqəti əks etdirmir

19 Sentyabr 2017 16:25

Bakıda bit problemi - Millət vəkili şikayətçidir

19 Sentyabr 2017 16:24

Nazarbayev Vaşinqtonu dəstəklədi: Moskvaya qarşı növbəti GEDİŞ

19 Sentyabr 2017 16:23