"Günəşli"də xəsarət alan neftçilər xəstəxanaya qayıdıblar

"Günəşli"də xəsarət alan neftçilər xəstəxanaya qayıdıblar
14:52 9 Dekabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində ambulator müalicəyə buraxılan neftçilərdən 3-ü yenidən Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

APA-nın məlumatına görə, bir neçə gün əvvəl xəsarət alan Heydər Abbasov, Rəşid İbrahimov Ehtiram Məlikov səhhətlərində yaranan problemlərlə bağlı yenidən xəstəxanaya müraciət ediblər. Onların şikayəti əsasən, psixi pozuntularla bağlıdır. Xəstələr terapiya şöbəsindəki palataya yerləşdirilib.
 
Xəstəxanadan APA-ya bildirilib ki, neftçilər yuxu pozuntusu yaşadıqlarını və yuxuda dəniz gördüklərini qeyd ediblər.
 
Bununla da hazırda xəstəxanada müalicə olunan neftçilərin sayı 15 nəfərə çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR