Budapeştdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək

Budapeştdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək
14:53 9 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Budapeşt, 9 dekabr, AZƏRTAC
Dekabrın 11-də Budapeştdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək.
Konsertdə Macarıstanın “Dunay” simfonik orkestri Xalq Artisti, professor Yalçın Adıgözəlovun dirijorluğu ilə Azərbaycan və dünya bəstəkarlarının – Ü.Hacıbəylinin, F.Əmirovun, D.Şostakoviçin, R.Şumanın, F.Çileanın əsərlərini ifa edəcək. Vokal partiyalar isə gənc azərbaycanlı müğənni, Milandakı La Skala opera teatrının solisti Azər Paşazadənin ifasında səslənəcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Budapestde_umummilli_lider_Heyder_Aliyevin_xatiresine_hesr_olunmus_konsert_kechirilecek-909621

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR