Gürcüstan geri addım atır

Gürcüstan geri addım atır
15:16 9 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın energetika naziri Kaxa Kaladze və Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller arasında görüş keçirilib.

ANS PRESS-in məlumatına görə, bu dəfəki, görüş Lüksemburqda baş tutub.

“Qazprom” un saytında yerləşdirilən məlumata görə, əsas müzakirə mövzusu Ermənistana qaz ötürülməsi və gürcü şirkətlərinin Rusiyadan kommersiya qazının alınması olub.

A.Miller bildirib ki, “Qazprom” hazırda İranın Ermənistana qaz ötürülməsinin yaxışılaşdırılması üzərində işləyir.


Aleksey Miller - "Qazprom” şirkətinin rəhbəri


Görüşdən sonra Kaxa Kaladze bildirib ki, Azərbaycan Gürcüstan üçün bundan sonra da əsas qaz təchizatçısı olaraq qalacaq. “Amma biz İran və Rusiyadan da mavi yanacaq alışı ilə bağlı işlərimizi davam etdirəcəyik”.


Kaxa Kaladze - Gürcüstanın energetika naziri


K.Kaladze bundan əvvəl bildirmişdi ki, əgər Türkiyə və Azərbaycan TANAP qaz boru kəmərinin tikintisini tezliklə başa çatdırsa , Gürcüstanın Rusiyadan təbii qaz almasına ehtiyacı olmayacaq.


TANAP qaz boru kəmərinin keçəcəyi ərazi (qırmızı xəttlə işarələnib)

Onun sözlərinə görə, Gürcüstanın 2018-ci ilə qədər vaxtı var.

Gürcüstan rəsmisi Ermənistana ötürülən qazın tranzit haqqının əvəzinə “Qazprom”dan alınan təbii qazın ixracı ilə bağlı müzəkirələrin davam etdiriləcəyini də bildirmişdi.

Türkiyə və Rusiya arasında baş verən qırıcı qalmaqalından sonra Gürcüstan “Qazprom”la qaz alışında tərəddüd etməyə başladı. Çünki Rusiya son hadisələrdən sonra Türkiyəyə sankisyalar tətbiq etməyə başladı.Bu isə Gürcüstanı bir daha düşünməyə məcbur etdi. Kaxa Kaladze hadisələrdən sonra Azərbaycanın onlar üçün əsas təchizatçı olduğunu açıqladı.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366840

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR