Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan dəyişiklik layihəsinə əsasən, qanunun 22.7-ci maddəsi ləğv edilir.
Təklif olunan dəyişiklik xüsusi qabiliyyət tələb edən müəyyən sahələr üzrə magistr hazırlığı ilə bağlı ixtisaslara qoyulan məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur. Bununla da mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı ümumi əsaslarla həyata keçiriləcək.