Baş nazirin arvadı özündən gedən polisin köməyinə qaçdı (VİDEO)

Baş nazirin arvadı özündən gedən polisin köməyinə qaçdı (VİDEO)
15:21 9 Dekabr 2015
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Baş nazirin həyat yoldaşı özündən gedən mühafizəçiyə kömək etdi. ANS PRESS-in məlumatına görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu xanımı ilə birlikdə BMT-nin qadına şiddətlə bağlı toplantısına qatılıb.

Davudoğlu səhnədə çıxış etdiyi zaman qadın mühafizəçi polislərdən birinin vəziyyəti pisləşib. O, huşu itirərək yerə yıxılıb.

Mühafizəçinin köməyinə ilk çatan isə Davudoğlunun ixtisasca həkim olan həyat yoldaşı olub. Sare Davudoğlu ilkin tibbi yardım göstərib. Daha sonra hadisə yerinə həkim gəlib və səhhəti pisləşən qadına kömək edib.

Ə.Davutoğlu da çıxışı başa çatan kimi qadının yanına gedərək onun səhhəti ilə maraqlanıb.
Qadın polisin təzyiqinin düşdüyü üçün huşunu itirdiyi bəlli olub.




İki qız anası olan S.Davudoğlu ixtisasca həkimdir. Həyat yoldaşı nazir təyin edildikdən sonra o bir çox sosial layihələrdə yer almağa başlayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366848

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR