2016-cı ildə ABŞ-da neft hasilatı gündəlik 570 min barrel azalacaq

2016-cı ildə ABŞ-da neft hasilatı gündəlik 570 min barrel azalacaq
15:23 9 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, Nihad Budaqov, AZƏRTAC 
ABŞ-da xam neft hasilatının 2016-cı ildə gündəlik orta hesabla 570 min barrel azalaraq 8,76 milyon barrel olacağı proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir. Hesabatda ABŞ-ın xam neft hasilatının noyabrda oktyabr ayı ilə müqayisədə gündəlik orta hesabla 60 min barrel azaldığı qeyd olunur. 2015-ci ildə isə ölkədə xam neft istehsalının gündəlik orta hesabla 9,33 milyon barrel olacağı proqnozlaşdırılır.
Bu ilin dördüncü rübündə qlobal neft ehtiyatlarının gündəlik orta hesabla 1,4 milyon barrelədək azalacağı, 2016-cı ildə isə bu rəqəmin gündəlik orta hesabla 0,4 milyon barrelə qədər aşağı düşəcəyi bildirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2016_ci_ilde_ABS_da_neft_hasilati_gundelik_570_min_barrel_azalacaq-909638

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR