Fransa səfiri: “Hava hərəkətinin idarəedilməsi qülləsinin açılışı Azərbaycan-Fransa əlaqələrinin yüksək səviyyədə olmasının bariz nümunəsidir”

Fransa səfiri: “Hava hərəkətinin idarəedilməsi qülləsinin açılışı Azərbaycan-Fransa əlaqələrinin yüksək səviyyədə olmasının bariz nümunəsidir”
15:23 9 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni hava hərəkətinin idarəedilməsi qülləsinin açılışı THALES və AZAL, Azərbaycan və Fransa arasında əlaqələrin yüksək səviyyədə olmasının bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Orelia Buşez jurnalıstlərə müsahibəsində deyib.
“Bu əməkdaşlıq uzunmüddətli, uğurla həyata keçirilən əməkdaşlıqdan qaynaqlanan və etimada əsaslanan tərəfdaşlıqdır. Bu əməkdaşlıq, həmçinin Fransa şirkətləri tərəfindən təklif olunan yüksək keyfiyyətli məhsullara əsaslanan əməkdaşlıqdır. Biz görürük ki, Azərbaycan da hər zaman yüksək keyfiyyətli məhsullar seçimini edir”, - deyə səfir bildirib.
Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni hava hərəkətinin idarəedilməsi qülləsi açılıb. Yeni qüllə üçün S rejimini dəstəkləyən RSM970S radiolokatorunun təchizatı Fransanın THALES şirkəti tərəfindən həyata keçirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fransa_sefiri_Hava_hereketinin_idareedilmesi_qullesinin_achilisi_Azerbaycan_Fransa_elaqelerinin_yuksek_seviyyede_olmasinin_bariz_numunesidir-909640

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR