Məktəblinin mədəsindən soxulcan çıxdı - FOTO

Məktəblinin mədəsindən soxulcan çıxdı - FOTO
15:32 9 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun "Helmintologiya" laboratoriyasına valideyn tərəfindən müraciət olunub.

İnstitutdan Trend-ə verilən məlumata görə, müraciətə əsasən, aparılan tədqiqatlar nəticəsində məktəblinin orqanizmində soxulcan (yağış qurdu) aşkar edilib.

10-cu sinif şagirdinin ağzından 18 sm uzunluğunda qurd (helmint) çıxıb, təyinat üçün laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Qara Fətəliyevə təqdim edilib.

Araşdırmalar zamanı bu qurdun parazitlik edən helmint (qurd) yox, torpaqda yaşayan soxulcan olduğu təsdiqlənib. Xəstənin mədə-bağırsaq sistemində çoxlu sayda qurdların müxtəlif istiqamətlərə hərəkət etdikləri müəyyən olunub.

Q.Fətəliyev bildirib ki, bir neçə il bundan əvvəl də Bakının NZS qəsəbəsindən müraciət edən 7-ci sinif şagirdinin ağzından 8 soxulcan xaric olunmuşdu.

Soxulcanlar Həlqəvi qurdlar tipinin Oliqaxetlər sinfinin Haplotaxida dəstəsinin Lumbricidae fəsiləsinə daxildir. Onlar yumurtalarını (baramalarını) nəm torpağa, bəzən isə bitkilərin kök hissələrinə qoyur. Yumurtalar 3-4 aya inkişaf edir və yetkin formaya çevrilir.

Tərəvəz bitkiləri yaxşı yuyulmadıqda bitkinin kök boynuna yapışmış qurd yumurtaları tərəvəzlə birlikdə udulur. Həzm sistemində onlardan sürfələr çıxır və anaerob şəraitdə bağırsaq möhtəviyyatı ilə qidalanaraq inkişaf edir. Yoluxmamaq üçün tərəvəz bitkilərindən isifadə edilərkən onların təmiz yuyulması tövsiyə olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR