İndoneziya 7,1 bal zəlzələ ilə silkələndi

İndoneziya 7,1 bal zəlzələ ilə silkələndi
15:36 9 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

İndoneziyada 7.1 bal gücündə zəlzələ olub.

ANS PRESS-in məlumatına görə, ABŞ Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin İndoneziyanın cənub-şərqində Ambon adasında baş verdiyini bildirib. Zəlzələ yerin 75 km dərinliyində olub.

Təbii fəlakət nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.


İndoneziya, Ambon adası

İndoneziya seysmik cəhətdən fəal tava üzərində yerləşir. Bu ilin aprel ayında da ölkədənin şərqində 5,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Molukki əyalətində, Saumlaki şəhərindən 185 km şimal-qərbdə, olub.

Xatırladaq ki, 2004-cü ildə Sumatra adasının şərq sahillərində müasir tarixin ən güclü və dağıdıcı zəlzələlərindən biri baş verib. 8,9 bal gücündə zəlzələnin təsirindən yaranan dalğa Şri-Lanka, Hindistan, İndoneziya, Tailan və Malayziya sahillərini də əhatə etmişdi. Sunami nəticəsində ölənlərin sayı hələ də dəqiq məlum deyil. Müxtəlif hesablamalara görə, bu rəqəm təxminən 230 min təşkil edir.

Daha bir güclü zəlzələ iki gün öncə Tacikistanda qeydə alınıb. Burada zəlzələnin episetri 7.2 bal gücündə olub. Təbii fəlakət Tacikistanın paytaxtı Düşənbədən 363 kilometr aralıda baş verib.


Tacikistan, Düşənbə

Bu ilin oktyabr ayında Asiyada güclü zəlzələlər nəticəsində ümumilikdə 385 nəfər həlak olub. Pakistanda 267, Əfqanıstanda 115 insanın öldüyü haqqında məlumat yayılıb. Pakistanda isə zəlzələ nəticəsində 10 mindən çox evə zərər dəyib. Oktyabr ayında baş verən zəlzələnin gücü 7,5 təşkil edib.


Bu il güclü zəlzələnin ən çox hiss edildiyi ölkələr

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366847

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR