Donald Tramp interneti bağlamağı təklif edib

Donald Tramp interneti bağlamağı təklif edib
15:42 9 Dekabr 2015
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ ABŞ prezidenti vəzifəsinə namizəd olan Donald Tramp interneti bağlamağı təklif edib.
"Report" "NBC News"a istinadən xəbər verir ki, bu barədə o, Cənubi Karolinada seçicilər qarşısında çıxışı zamanı fikir bildirib.
Siyasətçi fikirlərini tam izah etməsə də, belə bir tədbirin ekstremistlərə qarşı mübarizədə kömək edəcəyini deyib: "İnternetə görə çoxlarını itiririk".
Qeyd edək ki, dekabrın 9-da Ağ Ev Trampın namizədliyini dəstəkləyən respublikaçıları qarşıdan gələn prezident seçkilərində onu nazmizəd kimi göstərməməyə, dərhal partiya sıralarından uzaqlaşdırmağa çağırmışdı. Buna səbəb siyasətçinin müsəlmanların ölkəyə girişinə qadağa qoyulmasının zəruriliyi ilə bağlı fikirləri olub.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/donald-tramp-interneti-baglamagi-teklif-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR