Kamran Ağayev rəsmən klubsuz qaldı

Kamran Ağayev rəsmən klubsuz qaldı
15:57 9 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

"Karşıyaka" Kamran Ağayevlə yollarını ayırıb. Fanat.az Doğan Xəbər Agentliyinə istinadən хəbər verir ki, tərəflər müqaviləni qarşılıqlı razılıq əsasında pozub.

Kamran baş məşqçi Kemal Özdeşdən iki günlük icazə alaraq Bakıya gəlmişdi. Klubun düşərgəsinə qayıdan Ağayevlə rəhbərlik müqaviləni qarşılıqlı razılıq əsasında pozmaq qərarına gəlib.

Məlumata görə, Kamran klubdan alacağı 35 min dollardan imtina edib. Doğan Xəbər Agentliyi onun Azərbaycan klubu ilə anlaşdığını iddia edib.

Qeyd edək ki, Kamran yayda keçdiyi "Karşıyaka"da 13 çempionat oyununa çıхıb və 20 qol vurub.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kamran-aayev-rsmn-klubsuz-qald-t46032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR