FHN: “İtkin düşənlərin axtarışı davam etdirilir”

FHN: “İtkin düşənlərin axtarışı davam etdirilir”
15:59 9 Dekabr 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışları davam etdirilir.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hava şəraitinin mürəkkəb və təhlükəli olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyi bu gün də dənizdə itkin düşənlərin axtarış işlərini dayandırmayıb.

 

Hazırda nazirliyin 1 helikopteri şimal, şimal-şərq, digər helikopteri isə cənub istiqamətində axtarış işləri aparır.

 

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri isə sahilboyu axtarış işlərini davam etdirir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224566

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR