Əməkdar artist kliniki ölüm keçirib

Əməkdar artist kliniki ölüm keçirib
16:01 9 Dekabr 2015
103 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Yusif Mustafayev həyatı ilə bağlı maraqlı maraqlı etiraf edib.

Axşam.az-ın məlumatına görə, müğənni “10-dan sonra” verilişində kliniki ölüm keçirdiyini deyib:

“Həyatımda qəribə hadisə olub. 1981-ci il mayın 1-də başıma bir faciə gəldi. Ömrüm elə bil kəsildi. Allah məni anama bağışladı. Elektrik vurdu və getdim. Əzrayılı gördüm, gecə quşuna bənzəyən bir şey idi. 14 saat komada qaldım. Kliniki ölüm keçirdim. Hər il mayın 1-də qurban kəsir və imkansızlara paylayıram. O hadisədən sonra övladım dünyaya gəldi”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42190

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR