"Oğlanlarım mənə görə narahat olur"

"Oğlanlarım mənə görə narahat olur"
16:11 9 Dekabr 2015
82 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Nadir Qafarzadə yaradıcılığındakı yeniliklərlə bağlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, sənətçi sözləri Zemfira Əlişqızına, musiqisi Sədaqət Arifqızına məxsus “Səni gözləyirəm” adlı yeni bəstə ifa edib.

N.Qafarzadə mahnının 1999-cu ildə yazıldığını bildirib:

“Əslində bu mahnını illər öncə oxumuşdum. Amma aranjimanı ürəyimcə olmadığına görə, efirlərdə, tədbirlərdə oxumurdum. Elə buna görə də bir neçə gün olar ki, bəstəni yenidən aranjiman etdirdim. Çox xoşuma gəldi. Bu mahnını oxuyanda keçmişim, ötən illərim yadıma düşür. Düşünürəm ki, heç kim öz keçmişini danmamalıdır. Bu da mənim keçmişimdən qalan bir xatirədir”.

N.Qafarzadə daha sonra son dövrlərdə qalmaqaldan uzaq olmasına da aydınlıq gətirib:

“Açığı əvvəllər çox emosional idim. Mənə qarşı kim haqsızlıq edirdisə və ya çaşırdısa, dərhal cavabını verirdim. Bir çoxları da sayemdə reklam olunurdu. İndi isə heç kimi reklam etmək niyyətində deyiləm. Həm də iki oğlum var. Artıq böyük övladımın 20 yaşı tamam olub. Onlar mənə görə narahat olurlar. Bunu istəmirəm. Çünki bu həyatı tək özüm üçün yaşamıram”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42191

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR