Leyla Yunus azadlığa buraxıldı

Leyla Yunus azadlığa buraxıldı
16:13 9 Dekabr 2015
48 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Apelyasiya Məhkəməsində "Sülh və Demokratiya İnstitutu" adlandırılan qurumun həbsdə olan rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə L.Yunusun şərti azadlığa buraxılması barədə qərar qəbul edib.

Vəkil Elçin Sadıqov bildirib ki, məhkəmə qərarına əsasən, L.Yunusla bağlı ittihamdan CM-nin 320.1 maddəsi çıxarılıb. Qalan hissələrdə hökm dəyişdirilmədən saxlanılıb: "Təyin olunmuş cəza şərti hesab olunub. Leyla Yunusa və Arif Yunusa 5 il sınaq müddətinə şərti cəza təyin olunub".

L.Yunus məhkəmə zalından azadlığa buraxılıb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR