Bakı, 9 dekabr, Nihad Budaqov, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin, o cümlədən də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “AZAL” QSC-dən sifariş olunan helikopterlər itkin düşmüş işçilərin axtarışını davam etdirir. Təəssüflər olsun ki, nə “Neft daşları”, nə də “Günəşli” sahəsində itkin düşmüş işçilərin axtarışı ilə bağlı hər hansı yenilik yoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 9-da saat 16-da keçirilən mətbuat konfransında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.
Onun sözlərinə görə, hazırda 5 gəmi yanğının söndürülməsi istiqamətində işləri davam etdirir.