Fövqəladə Hallar Nazirliyi dənizdə itkin düşənlərin axtarışını davam etdirir

Fövqəladə Hallar Nazirliyi dənizdə itkin düşənlərin axtarışını davam etdirir
16:28 9 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində dənizdə itkin düşən işçilərin axtarışları davam etdirilir. Hava şəraitinin mürəkkəb və təhlükəli olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyi dekabrın 9-da da dənizdə itkin düşənlərin axtarışını dayandırmayıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hazırda nazirliyin bir helikopteri şimal, şimal-şərq, digər helikopteri isə cənub istiqamətində axtarış işləri aparır. Qurumun Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri isə sahilboyu zonada axtarış işlərini davam etdirir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_Hallar_Nazirliyi_denizde_itkin_dusenlerin_axtarisini_davam_etdirir-909681

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR