İtkin düşən neftçilərin axtarışı nəticə vermir - son məlumat

İtkin düşən neftçilərin axtarışı nəticə vermir - son məlumat
16:31 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Saat 16:00-a olan məlumata görə, "Günəşli" yatağında baş verən yanğın nəticəsində itkin düşənlərin axtarışları Fövqəadə Hallar Nazirliyinin helikopterləri və AZAL-dan götürülmüş helikopterlərlə davam etdirilir. Əfsuslar olsun ki, nəticə əldə olunmayıb".

Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.

B.Ağarəhimov bildirib ki, hazırda 5 gəmi yanğının söndürülməsi işlərini davam etdirir.

O, əlavə edib ki, sabah SOCAR ilə ABŞ-ın “Boots and Coots” şirkəti arasında yanğının söndürülməsi ilə bağlı görüş keçiriləcək:

“Onlar bizdən yanğın baş verən platformanın və avadanlıqların sxemini istəyiblər. Sabah müzakirələrdən sonra qərar veriləcək ki, yanğının söndürülməsi işləri neçə saat və neçə gün davam edəcək”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR