İrəvan Dövlət Azərbaycan Dram Teatrı Ağsuda

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Ağsuda
16:33 9 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Ağsu, 9 dekabr, AZƏRTAC
İrəvan Dövlət Azərbaycan Dram Teatrı dekabrın 9-da Ağsuya gəlib.
AZƏRTAC xəbər verir ki, teatrın kollektivi şəhər mədəniyyət sarayında “Qalx ayağa, Azərbaycan!” tamaşasını nümayiş etdirib. Ümummilli liderimiz Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunan, insanlarda vətənpərvərlik ruhu aşılayan tamaşanı 300 nəfərədək sakin izləyib.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi İftixar Piriyevdir. Baş rollarda Əməkdar artistlər Esmiralda Şahbazova, Vaqif Kərimov və başqaları çıxış ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Irevan_Dovlet_Azerbaycan_Dram_Teatri_Agsuda-909683

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR