Tural Axundov: "Tarixi olan klubun tarixi qolunu vurmaq..."

Tural Axundov: "Tarixi olan klubun tarixi qolunu vurmaq..."
16:37 9 Dekabr 2015
18 İdman
Ölkə mətbuatı
A- A+

Tural Axundov “Kəpəz”in Azərbaycan çempionatlarında 300-cü səfər qolunun müəllifi olub. Komandanın kapitanı Topaz Premyer Liqasının XV turunun “Sumqayıt”la səfər qarşılaşmasının 90+5-ci dəqiqəsində matçda (2:2) hesabı bərabərləşdirməklə, yubiley qoluna imza atb. 


Bununla da, “sarı-göylər” Azərbaycan çempionatlarında səfərdə 300 və daha çox qol vuran 3-cü komanda olub. Axundov tarixə düşməsi haqda kapazpfc.az saytına açıqlama verib: "Əvvəlcə deyim ki, qolumu azarkeşlərimizə həsr edirəm. Arzu edirəm ki, qollarımızın davamı gəlsin və sayı artıraq. İnşallah, bu da olacaq. “Kəpəz”in tarixinə düşdüyüm üçün sevinirəm. Tarixi olan klubun tarixi qolunu vurmaq fəxrdi".

 

“Kəpəz”in 300-cü səfər qolu yubileylə yanaşı, həm də komandanı məğlubiyyətdən xilas edib. Matçın son anlarında rəqib futbolçunun əllə oyununa görə təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən kapitan yekun nəticəni təyin edərək komandasına bir xal qazandırıb: “Topun arxasına keçəndə özümə əmin idim ki, qol vuracağam. Məşqlərdə həmişə belə zərbələrin üzərində işləyirəm və yaxşı da alınır. Baş məşqçimiz Şahin Diniyev də bildirmişdi ki, penalti zərbəsi olsa, mən vurum. Təbii ki, məsuliyyət böyük idi. Xüsusən də 11 metrlik oyunun sonunda, özü də hesabda geridə olan vaxt təyin olunursa, hökmən soyuqqanlı olmalısan”.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-tural-axundov-quottarixi-olan-klubun-tarixi-qolunu-vurmaqquot-t46033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR