“Kəpəz” “Rəvan”la oyuna hazırlaşır

“Kəpəz” “Rəvan”la oyuna hazırlaşır
16:42 9 Dekabr 2015
38 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XIV turunda dekabrın 11-də “Kəpəz” Gəncə şəhər stadionunda “Rəvan”ı qəbul edəcək. Fanat.az xəbər verir ki, qarşdakı matçın hazırlığına “Kəpəz” dünəndən başlayıb. 


Bakı klubu ilə oyuna az vaxt qaldığından “Sumqayıt”la matçdan sonra futbolçulara istirahət verməyən məşqçilər korpusu komandanı məşqə çıxarıb. Hazırlıq prosesi dəniz kənarında keçib. Futbolçular fiziki hazırlıq üzərində çalışıblar. 


Məşq planına əsasən, “sarı-göylər”in bu günə olan məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol meydançasında keçiriləcək. Dekabrın 10-da “Kəpəz” Gəncəyə gələcək. Komanda oyun öncəsi son məşqə matçın keçiriləcəyi arenada çxacaq.       


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kpz-rvanla-oyuna-hazrlar-t46034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR