Bakı. 9 dekabr. REPORT.AZ/ "Türkiyəyə qarşı müharibə elan etməyimiz üçün əlimizdə yetərincə səbəb var idi, ancaq biz bu addımı atmadıq".
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev yerli telekanlların jurnalistlərinə müsahibəsində deyib.
"Türkyə bizim təyyarəimizə həmlə etməklə əslində müharibə elan etməyimiz üçün şərait yaratmışdı. Onların bu addımına başqa ölkəyə hücum deyilir. Ancaq biz savaş elan etməyimizi ən pis ssenari olaraq, dəyərləndirdik. Ona görə bu addımı atmadıq ", - deyə o, vurğulayıb.
Moskvanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların Rusiya iqtisadiyyatına təsirindən danışan D.Medvedev deyib: "Əlbəttə, Türkiyə ilə mövcud vəziyyət istehlak mallarına müəyyən həddə təsir edəcək. Ancaq biz bu təsirlərin böhran yaradıcı olacağını gözləmirik".