Bakı Metropoliteni "Qəbələ" klubunun müraciətini cavablandırıb

Bakı Metropoliteni "Qəbələ" klubunun müraciətini cavablandırıb
16:52 9 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ Bakı Metropoliteni "Qəbələ" klubunun müraciətini cavablandırıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciət Rusiya "Krasnodar"ı ilə Avropa Liqasının qrup mərhələsindəki VI tur matçından sonra metronun iş rejiminin saat 01:00-dək uzadılması xahişi ilə edilib. 
"Qəbələ" İdman Klubu dekabrın 10-da saat 22:00-da başlanacaq qarşılaşmanın gec saatda başa çatacağını nəzərə alaraq bu addımı atıb. Öz növbəsində Bakı Metropoliteni müraciətə müsbət reaksiya verib. Klub isə buna görə Metropolitenə təşəkkür edib. 
Qeyd edək ki, "Qəbələ" - "Krasnodar" matçı metronun "Neftçilər" və "Xalqlar dostluğu" stansiyalarına yaxın olan "Bakcell Arena"da keçiriləcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/baki-metropoliteni-qebele-klubunun-muracietini-cavab

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR