Əmək müqaviləsi üzrə bildirişləri "E-hökumət" portalı vasitəsilə əldə etmək mümkündür

Əmək müqaviləsi üzrə bildirişləri "E-hökumət" portalı vasitəsilə əldə etmək mümkündür
17:13 9 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Dövlət qurumlarının mülkiyyətində olan bir çox informasiya ehtiyatlarında vətəndaşlar haqqında toplanmış fərdi məlumatlar hazırda vətəndaşlara açıq edilib və fərdə aid müxtəlif məzmunlu informasiyalar "Elektron hökumət" portalı üzərindən istifadəyə verilib. Belə xidmətlərdən biri “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi"dir.
Portalın operatoru olan Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, noyabr ayının statistik göstəricilərinə əsasən bu xidmətdən 32 min 943 dəfə istifadə olunub. Bu xidmət vasitəsilə vətəndaşlar əmək müqaviləsi üzrə əks olunan məlumatlarla tanış ola, həmçinin bildirişi pdf formatında kompyuterinə yükləyə bilərlər.
Bu xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidməti əsasında yaradılmış informasiya sistemi əsasında formalaşdırılıb. 2014-cü ildən etibarən, işəgötürənlər qarşısında qoyulan əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması tələbi işçi hüquqlarının qorunması habelə, vergidən yayınma kimi xoşa gəlməz halların aradan qaldırılmasına xidmət edir. Qeyd edək ki, noyabr ayında bu xidmətdən 120 min 220 dəfə istifadə olunub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amek_muqavilesi_uzre_bildirisleri__quotE_hokumet_quot_portali_vasitesile_elde_etmek_mumkundur-909697

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR