İndoneziyada 7,1 bal gücündə zəlzələ olub

İndoneziyada 7,1 bal gücündə zəlzələ olub
17:18 9 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, Nihad Budaqov, AZƏRTAC 
İndoneziyanın şərqində 7,1 bal gücündə zəlzələ olub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi yerin 75 kilometr dərinliyində baş verən zəlzələnin episentrinin Ambor adasının 174 kilometr cənub-şərqində olduğunu açıqlayıb. Yerli meteoroloqlar isə sunami təhlükəsinin olmadığını bildiriblər.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində can və mal itkisi olmayıb.
İndoneziyada 2004-cü il dekabrın 26-da baş verən 9,1 bal gücündə zəlzələ və sonrakı sunami 230 min nəfərin ölümünə səbəb olmuşdu.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR